Suriya böhranı üzrə bəzi sənədlərin qəbulu gözlənilir
Astanada Suriya böhranı üzrə danışıqların beşinci mərhələsi davam edir.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya, İran və Türkiyə nümayəndələri ikitərəfli formatda görüş və danışıqlar keçirirlər.
Danışıqların ikinci günü silahlı müxalifət nümayəndələrinin də iştirakı ilə plenar iclasın keçiriləcəyi gözlənilir. Suriya müxalifəti bir gün əvvəl oteldə daxili iclas və ikitərəfli görüşlər keçirib.
Yekunda de-eskalasiya zonaları daxil olmaqla, bəzi sənədlərin qəbulu nəzərdə tutulub.
Pərvanə Sultanova
752