Zərdab rayonunda 2 otaqlı ev yanıb

Zərdab rayonunda evlərdən birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Zərdab rayonu, Çallı kəndində sahibi məlum olmayan ümumi sahəsi 112 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin çardağının yanar konstruksiyaları 42 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Babək Cahandarov
952