DAA əsirlərimizlə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Bugün Dünya Azərbaycanlıları Assambleyası (DAA) beyneəlxalq təşkilatlara, beynəlxalq insan haqları qurumlarına “insan haqları ilə bağlı həyacan təbili” başlığı altında müraciət ünvanlayıb.
1news.az-a Dünya Azərbaycanlıları Assambleyası mətbuat xidmətindən verilən xəbərə görə, BMT İnsan haqları Komitəsi, ATƏT Parlament Assambleyası İnsan Haqları Komitəsi, Avropa Şurası İnsan Haqları Komitəsi, Avropa İnsan Haqları Kommissarı , Avropa Paramenti , Avropa Ombudsmanı, Beynəlxalq Qırmızı Xaç başda olmaqla 20-yə yaxın quruma Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Məlum olduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq birliyin Azərbaycan əraziləri kimi tanıdığı bölgədə 3 azərbaycanlı əsir götürülüb. Əsirlərdən biri sonradan öldürülsə də, digər iki nəfər ağır fiziki və mənəvi işgəncələrə məruz qalıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin tanınmamış respublikanın məhkəmə orqanlarında çəkilmiş videoları, fotolarından hər iki şəxsin üzlərində mənəvi və fiziki işgəncələrin izləri açıq görünməkdədir.
Əsirlərin ailələrinə verdikləri məlumatlara görə yazılan məktublarda hər iki əsirin səhəttində ciddi problemlər, həyati problemlər mövcuddur.
Məsələnin ciddiyyətini nəzərə alaraq beynəlxalq humanitar hüququn müharibə zamanı mülkü səxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının müddüəlarının tətbiq edilməsində yardımçı olmanızı sizdən rica edirik”.
Müraciətdə həmçinin Ermənistan hakimiyyətinin əsirlərin durumunun ağır olması ilə bağlı müraciətlərə qeyri-ciddi yanaşması nəticəsində hər iki əsirin səhhətindəki problemlər ağırlaşıb. Beynəlxalq təşkilatlardan təcili tədbirlər görərək hər iki əsirin durumlarının yaxşılaşdırılması, eyni zamanda onların sağ-salamat öz ailələrinə geri verilməsi üçün təcili tədbirlər görülməsi istənilib.
S.Xankişiyeva