Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb

19:38 - 06 / 07 / 2017
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçiridiyi qəbul imtahanının II mərhələsini nəticələri açıqlanıb.

DİM-dən 1news.az-a verilən məlumata görə, nəticələr iyulun 6-sı saat 18:30-dan Mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 655 namizəddən 3 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 652 namizəddən 510 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 90 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 171 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 7‑dən 14‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

1news.az

Paylaş:
571

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər