Lavrov: “Rusiya və ABŞ Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər” | 1news.az | Xəbərlər
Dünya

Lavrov: “Rusiya və ABŞ Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər”

23:00 - 07 / 07 / 2017
Lavrov: “Rusiya və ABŞ Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər”

Rusiya və ABŞ iyulun 9-u, Dəməşq vaxtı ilə saat 12:00-dan etibarən Suriyanın cənubunda atəşkəs rejiminə dair razılığa gəliblər.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda bəyan edib.

“Deraa və Əl-Kuneytra zonalarında yerli vaxtla saat 12:00-dan etibarən atəşkəs rejimi tətbiq ediləcək. ABŞ orada olan qruplaşmalar tərəfindən atəşkəs rejiminə əməl edilməsinin öhdəliyini öz üzərinə götürüb”, deyə S.Lavrov bildirib.

Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.

1news.az

Paylaş:
1193

Son xəbərlər

Bütün xəbərlər