Altı ayın cinayət statistikası | 1news.az | Xəbərlər
Cəmiyyət

Altı ayın cinayət statistikası

17:57 - 08 / 07 / 2017
Altı ayın cinayət statistikası

Bu ilin ilk yarısında Bakıda  Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 6094 (2016-cı ildə 6644) cinayət qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə  Bakı Şəhər Baş Polis İdarəsində keçirilən 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, həmin cinayətlərin 82,4%-i (5024-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,6%-i isə (1070-i) ağır və xüsusilə ağırdır. 2016-cı ilin eyni dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə cinayətlər 3,4%, o cümlədən adam öldürməyə cəhdlər 46,2% azalıb.

Cinayətlərin 79,9%-i (79,6%), ağır növlərinin 81,0%-in(80,7%), qeyri-aşkar şəraitdə baş verənlərin 71,1%-i (69,2%), şəxsiyyət əleyhinə olan 892 cinayətdən 94,9%-i (96,3%), o cümlədən qəsdən adam öldürmələrin 96,8%-i (96,7%), adam öldürməyə cəhdlərin 100%-i  (100%) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,3%, qəsdən adam öldürmələr 0,1%, qəsdən sağlamlığa ağır zərər vurmalar 1,9%, mülkiyyət əleyhinə olan cinayətlər 2,4%,  o cümlədən xüsusi əmlak oğurluqları 4,6%, mənzillərdən edilən oğurluqlar 3,5%, mal-qara oğurluğu 8,4%, avtonəqliyyat oğurluğu 36,7%, soyğunçuluqlar 9,2%, quldurluqlar 9,0%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.

1news.az

 

 

 

 

Paylaş:
819

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər