Meyiti tapılan Gəncə sakininin qətlə yetirildiyi məlum olub

Bu gün meyiti tapılan 39 yaşlı Gəncə şəhər sakini Orucov Ramin Adil oğlunun qətlə yetirildiyi məlum olub.
1news.az-ın Apa-ya istinadən məlumatına görə, ekspertiza zamanı 1978-ci il təvəllüdlü R. Orucovun başında güclü zərbənin izləri aşkarlanıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə meyit aşkarlanıb.
Araşdırma zamanı məlum olun ki, ölən şəxs şəhər sakini 1978-ci il təvəllüdlü Orucov Ramin Adil oğludur. Meyitin üzərində xəsarət izləri olub. Məlumata görə, R. Orucov dünən gecə dostları ilə yeyib içdikdən sonra dalaşıb və müxtəlif bədən xəsarətləri alıb.
1news.az
870