Şəmkirdə baba ilə nəvə qəzaya düşüb: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə baba ilə nəvə qəzaya düşüb: ölən var

14:45 - 10 / 07 / 2017
Şəmkirdə baba ilə nəvə qəzaya düşüb: ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 8-də saat 11 radələrində Şəmkir rayonunun Yeni Göyçə kəndinin ərazisində qeydə alınıb.

Belə ki, Dağ Cəyir kənd sakini Elşən Orucov idarə etdiyi “MTZ-892” markalı traktoru aşırıb və nəticədə sərnişini olan babası Qonarı hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
1080

Son xəbərlər

Bütün xəbərlər