SOCAR-ın iyun ayı üzrə ödənişləri açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-ın iyun ayı üzrə ödənişləri açıqlanıb

22:00 - 10 / 07 / 2017
SOCAR-ın iyun ayı üzrə ödənişləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən cari ilin iyun ayında dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib.

1news.az-ın şirkətin saytına istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin iyun ayı ilə müqayisədə 16 milyon 764 min manat və ya 116,9 faiz çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 785 milyon 612 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 123 milyon 870 min manat və ya 118,7 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin iyun ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 11 milyon 832 min manat vəsait köçürülüb.

Cari ilin yanvar-iyun aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 74 milyon 292 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 4 milyon 760 min manat və ya 106,8 faiz çoxdur.

1news.az

Paylaş:
1065

Son xəbərlər

Bütün xəbərlər