Bakı-Rostov yolunda qəza: Diri-diri yanmaqdan belə xilas oldular - VİDEO/FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Rostov yolunda qəza: Diri-diri yanmaqdan belə xilas oldular - VİDEO/FOTO

13:28 - 12 / 07 / 2017
Bakı-Rostov yolunda qəza: Diri-diri yanmaqdan belə xilas oldular - VİDEO/FOTO

Böyük Britaniyanın “Daily Mail" nəşri Bakı-Rostov avtomobil yolunda baş vermiş qəzanın görüntülərini yayıb.

1news.az xəbər verir ki, Volqa və Lada markalı avtomobillərin toqquşması nəticəsində "Volqa" alışıb yanmağa başlayıb.  

Hadisə şahidlərindən biri avtomilə yaxınlaşıb pəncərəni açmaq istəsə də, bacarmır. Çünki pəncərələr qəza nəticəsində kilidlənib. Başqa bir yaşlı kişi isə təpiklə maşının şüşəsini qıraraq sürücünü xilas edir. Digər köməyə gələnlər isə çarəsiz vəziyyətdə qalmış sərnişinləri diri-diri yanmaqdan qurtarır.

Yaşlı adamın bu cəsarəti sosial şəbəkələrdə təqdir edilib.

Xatırladaq ki, nəşr görüntülərin Azərbaycan əazisində çəkildiyini yazıb.

 

Pərvanə Sultanova

Paylaş:
1042

Son xəbərlər

Bütün xəbərlər