Minskdə XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Minskdə XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb

14:27 - 12 / 07 / 2017
Minskdə XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb

İyulun 12-də Belarusun paytaxtı Minsk şəhərində XIX Dünya Rus Mətbuatı Konqresi işə başlayıb.

1news.az xəbər verir ki,  “Gələcək naminə tərəfdaşlıq: müasir sivilizasiyanın prioritetləri” mövzusuna həsr edilən tədbirdə 52 ölkədən KİV rəhbərləri və nümayəndələri iştirak edirlər.

Azərbaycanı Konqresdə AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov təmsil edir.

Konqresin plenar iclasının açılışında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko müasir jurnalistikanın cəmiyyətə təsirindən danışıb. O qeyd edib ki, ictimai fikrə görə həm siyasətçilərin, həm də jurnalistlərin məsuliyyəti daim yüksəlir. Dövlət başçısı vurğulayıb ki, internet-məkan və sosial şəbəkələr mənəviyyat, əxlaq, etika qanunları əsasında qurulmalıdır. Prezident deyib ki, yeni texnoloji mühitdə jurnalist peşəsi köklü şəkildə dəyişib, hazırda adi vətəndaşlar da informasiya yaradaraq yaya bilirlər. Belə vəziyyətdə çoxlu sayda təhrif edilmiş informasiyalar da yaranır, həqiqət və yalan arasında sərhədlər itir. “Belə şəraitdə mənəvi və ictimai orientirlər məhz peşəkar jurnalistlər və ənənəvi mediadan asılıdır. Buna görə də düzgün seçim etmək lazımdır: reytinq, şəxsi maraqlar, yoxsa həqiqət, obyektivlik”, - deyə dövlət başçısı vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Konqres iştirakçılarına müraciət edib. Dövlət başçısı bildirib ki, bu ənənəvi görüşlər rusdilli media məkanında əsas hadisələrdən biridir. Prezident medianın maarifçilik, birləşdirici, tərbiyəvi potensialını önə çəkib və buna görə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Plenar iclasda çıxış edən Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenko Konqresin artıq ikinci dəfədir Belarusda keçirildiyini, bu ölkənin rus dilinə böyük diqqət ayırdığını qeyd edib.

Dünya Rus Mətbuatı Konqresi ilə yanaşı, Minskdə ənənəvi Beynəlxalq Media Forum da keçirilir. Konqres işini “Çağırışlar və imkanlar: suverenlik, inteqrasiya, qloballaşma” və “KİV-lər rəqəmsal inqilab dövründə” mövzularına həsr edilən panel sessiyaları ilə davam etdirir.

1news.az

 

 

 

 

 

Paylaş:
864

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər