Masallıda evə girən oğru ev sahibəsini və azyaşlı oğlunu döyüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda evə girən oğru ev sahibəsini və azyaşlı oğlunu döyüb

15:07 - 12 / 07 / 2017
Masallıda evə girən oğru ev sahibəsini və azyaşlı oğlunu döyüb

İyulun 8-də Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan bir qadına qarşı quldurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzil müayinə edilib, müvafiq araşdırmalar aparılıb.  

Məlum olub ki, həmin gün səhər saat 6.00 radələrində evə pəncərədən girmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyərək pul verməsini tələb edib, səs-küy salmağa cəhd etdikdə isə onu döyməyə başlayıb. Həmin şəxs səsə gəlmiş ev sahibəsinin azyaşlı oğluna da zərbə endirib, bıçaqla onu hədələyərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları dərhal xəsarət almış şəxslərin təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılmasını təmin ediblər.  

Faktla əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurlu) maddəsi ilə cinayət işi başlanılıb.  

Görülmüş tədbirlərlə hadisənin Vurğun adlı şəxs tərəfindən törədilməsi müəyyən edilib və həmin şəxsin saxlanılması üçün müvafiq tədbirlərlə başlanılıb.  

Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini, əvvəllər məhkum olunmuş Vurğun Rəhmanov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. 

İstintaqa ifadəsində o, törətdiyi əməli etiraf edib.

Babək Cahandarov

Paylaş:
882

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər