Həyətində çətənə kolu yetişdirən Xızı sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində çətənə kolu yetişdirən Xızı sakini tutulub

15:18 - 12 / 07 / 2017
Həyətində çətənə kolu yetişdirən Xızı sakini tutulub

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Xızı RPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz İbrahimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Babək Cahandarov

Paylaş:
834

Son xəbərlər

Bütün xəbərlər