Generalın oğlunun döydüyü sürücü danışdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Generalın oğlunun döydüyü sürücü danışdı - VİDEO

15:30 - 12 / 07 / 2017
Generalın oğlunun döydüyü sürücü danışdı - VİDEO

Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü sürücü hadisə barədə danışıb.

1news.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkətinə məxsus 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədov “Qafqazinfo”ya müsahibəsində deyib ki, hadisə dairədə “BMW”nin qəfildən onun qarşısına çıxması ilə başlayıb:

“İyulun 3-də saat 21:30 radələrində “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dairədə hərəkətdə olarkən 10 OG 300 nömrəli “BMW” markalı avtomobil avtobusun qarşısına çıxdı. Həmin vaxt mən dairədə idim, o isə daxil olurdu. Mən ona siqnal verdim və qayda pozuntusu etdiyi üçün iradımı bildirdim. Sürücü düşüb gəldi və hansı səbəblə yolda mənim üstün olduğumu soruşdu. Mən də nişanı göstərdim, dedim buna görə sən məni gözləməlisən. O, söyüş söydü, məni təhqir etdi. Mən də dedim ki, maşında ana-bacı var, söymə. Sonra yoluma davam etdim, o da arxamca gəlirdi”.

S.Səmədov bildirib ki, general oğlu onu “söyüş”ə görə döyüb:

“Marşrutun son dayanacağında saxladım, sərnişinlər də düşüb getdi. Yanıma gəlib əsəbi şəkildə dedi ki, niyə mənə siqnal vermisən? Sonra dedi ki, məni söymüsən. İzah etdim ki, onu söyməmişəm. Mən ona “maşında ana-bacı var” demişəm, o elə bilib ana-bacı söyüşü söymüşəm. Aramızda xırda mübahisə oldu, yanındakı tanışı ilə söhbət edəndə həmin oğlan arxama keçdi, qəfildən çənə nahiyyəmdən bir yumruq vurdu. Yerə yıxıldım, başım asfalta dəydi, yarıldı, huşumu itirdim. Bir də gözümü “Semaşko” xəstəxanasında açdım, onda artıq başıma tikiş qoyurdular”. 

S.Səmədov səhhəti ilə əlaqədar hələ ki, işə çıxmadığını deyib.

1news.az

 

 

 

Paylaş:
888

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər