Azərbaycanın Sudanda fəxri konsulu təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Sudanda fəxri konsulu təyin edilib

20:28 - 12 / 07 / 2017
Azərbaycanın Sudanda fəxri konsulu təyin edilib

Prezident İlham Əliyev T.H.Zeynəlabdinin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Tarıg Hamza Zeynəlabdin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
1043

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər