Azərbaycanlı jurnalist İtaliya mediasında Zəhranın qətlindən yazıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı jurnalist İtaliya mediasında Zəhranın qətlindən yazıb

15:42 - 13 / 07 / 2017
Azərbaycanlı jurnalist İtaliya mediasında Zəhranın qətlindən yazıb

Diaspor Jurnalistlər Birliyinin sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Əli Zülfüqaroğlu İtaliya mediasında erməni vəhşiliyi və 2 yaşlı Zəhranın qətlindən yazıb.

1news.az-a Diaspor Jurnalistlər Birliyinin mətbuat xidmətindən verilən xəbərə görə, “Körpələrin qətli bəşəri cinayətdir” başlığı və “Azərbaycanda 2 yaşlı Zəhra bu cinayətin qurbanı oldu” yarımbaşlığı ilə verilən yazını olduğu kimi təqdim edirik:

“İyulun 4-də Azərbaycanda Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Körpə - Zəhra balamız və onun nənəsi Sahibə Allahverdiyeva erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildi.

Xatırladım ki, bu ilk hadisə deyil. Erməni sihalı qüvvələri Azərbaycan kəndlərini mülki vətəndaşları daim atəş altında saxlayır və nəticədə uşaqlar, qadınlar, qocalar qətlə yetirilirlər. Amma çox təəssüf ki, dünya bu insanlıq cinayətinə göz yumur.

Heç bir nəticəsi olmayan ATƏT-in Minsk qrupu sadəcə bir bəyanatla kifayətləndi ki, bu da Azərbaycanda hiddətlə qarşılandı. 1994-cü ildən atəşkəs elan olunub. Amma atəşkəs dövründə 33 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhranın qətli isə Azərbaycan xalqını bir daha sarsıtdı. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib.

Bu cür faciələrin təkrar olunmaması, dünyada körpələrin öldürülməməsi üçün dünya ictimaiyyəti, büynəlxalq təşkilatlar, xüsusilə media səfərbər olmalı, duyarsız qalmamalıdır. Xüsusilə dünyada öz çəkisi və yeri olan italyan mediasından da diqqət gözləyirik...

S.Xankişiyeva

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər