Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodik toplantısı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodik toplantısı keçirilib

18:14 - 14 / 07 / 2017
Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodik toplantısı keçirilib

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən, hərbi hissə və birləşmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqlarının təlim-metodik toplantısı keçirilib.

1news.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev toplantıda məruzə ilə çıxış edərək cari ilin ötən yarım ili ərzində orduda şəxsi heyətin mənəvi-psixoloji tərbiyəsi istiqamətində görülən işlərdən və növbəti yarım ildə qarşıda dayanan əsas vəzifələrdən danışıb.

O, çıxışında Silahlı Qüvvələrin Ali Baş Komandanının Ordu qarşısında qoyduğu tapşırıqlara müvafiq olaraq hərbi qulluqçuların vətənə, dövlətə, xalqa və hərbi anda  sədaqət ruhunda tərbiyə edilməsi sahəsində əsas məsuliyyətin hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin üzərinə düşdüyünü xüsusi qeyd edib.

Toplantı öz işini məruzə ətrafında müzakirələrlə davam etdirib. Çıxış edən zabit və mütəxəssislər mənəvi-psixoloji tərbiyə işinin səmərəliliyini artırmaq üçün təklif və mülahizələrini bölüşüblər.

Tədbirin sonunda Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev çıxış edərək planauyğun olaraq belə tədbirlərin keçirilməsinin vacibliyindən və hərbi hissələrin şəxsi heyətlə iş üzrə zabitlərinin, həmçinin psixoloqların təcrübi vərdişlərinin artırılmasında əhəmiyyət kəsb etdiyini qeyd edib.

Müdafiə nazirinin müavini ordunun döyüş qabiliyyətinin gücləndirilməsi məqsədilə dövlətin və ordu rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən söhbət açaraq əmin olduğunu bildirib ki, şəxsi heyətin döyüş ruhunun daha da artırılması üçün komandirlərin şəxsi heyətlə iş üzrə komandir müavinləri üzərilərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcək və bu sahədə öz bacarıqlarını əsirgəməyəcəklər.

Babək Cahandarov

Paylaş:
1308

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər