Bakıda lift şaxtaya düşdü: xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda lift şaxtaya düşdü: xəsarət alan var

09:18 - 14 / 07 / 2017
Bakıda lift şaxtaya düşdü: xəsarət alan var

Bakıda bir nəfərin yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 13-də paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.

Yaralı şaxtadan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.

Babək Cahandarov

Paylaş:
1222

Son xəbərlər

Bütün xəbərlər