Mənzil veriləcək jurnalistlərin adının açıqlanacağı tarix məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənzil veriləcək jurnalistlərin adının açıqlanacağı tarix məlum oldu

11:11 - 14 / 07 / 2017
Mənzil veriləcək jurnalistlərin adının açıqlanacağı tarix məlum oldu

Mənzil veriləcək jurnalistlərin adının açıqlanacağı tarix məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli bildirib ki, mənzil alan jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.

V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib:

“Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.

Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb.

Bundan başqa, ailə başçılarını itirmiş jurnalist ailələri də müraciət edib. Onların da müraciətləri nəzərə alınıb. Tam şəffaf, ədalətli seçim edilib”.

V. Səfərli nəticədən razı olmayan jurnalistlərin şikayəti ilə bağlı məsələyə münasibət bildirib.

“Hamı hesab edir ki, ev almağa layiqdir. Lakin ev sayı 255 müraciətlərin sayı isə 2 mindən çoxdur. Ona görə də məsələ tam şəffaf şəkildə araşdırılaraq jurnalistlərin xidmətləri, stajları, bir sözlə, bütün şərtlər nəzərə alınaraq seçim edilib.

Bilirsiniz ki, kriteriyalarda 3 il fasiləsiz iş stajının olmasını qeyd eləmişdik. Lakin komissiyada baxdıq ki, bu məsələ narazılıq yaradır. Ona görə də biz bu şərti ancaq redaksiya və televiziyalarda işləyən jurnalistlərə şamil etdik ki, qalan jurnalistlər də fərdi qaydada müraciət edə bilsinlər”, - deyə V. Səfərli qeyd edib.

Babək Cahandarov

Paylaş:
1073

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər