Səfir: ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq | 1news.az | Xəbərlər
Siyasət

Səfir: ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq

12:11 - 14 / 07 / 2017
Səfir: ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması ilə bağlı məsələyə münasibət bildirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, səfir Rusiya-Azərbaycan münasibətlərinin dəyərinin çox böyük olduğunu qeyd edib.

Səfir bildirib ki, bütün təşkilatlar fəaliyyət göstərdiyi ölkənin qanunlarına uyğun hərəkət etməlidir.

“Mən bu mövqeyi dəstəkləyirəm. Ümumrusiya Azərbaycan Konqresinə Ədliyyə Nazirliyi tərəfindən məktub göndərilib, hamısı cavabsız qalıb. ÜAK-la bağlı məsələnin bizim münasibətlərinə heç bir təsiri olmayacaq. Azərbaycan-Rusiya münasibətlərini inkişaf etdirmək lazımdır” - deyə diplomat vurğulayıb.

S.Xankişiyeva

Paylaş:
907

Son xəbərlər

Bütün xəbərlər