Cəlilabadda sürücü maşını su çəninə vurub, 2 nəfər ölüb

Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən adıçəkilən rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Ələmdar Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı su çəninə vuraraq aşırıb. Nəticədə sürücü və sərnişini, həmkəndlisi Şəmsi Rzayev hadisə yerində ölüblər.
Babək Cahandarov
1009