Gürcüstan uşaq ansamblını daşıyan avtobus Türkiyədə qəzaya düşüb | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan uşaq ansamblını daşıyan avtobus Türkiyədə qəzaya düşüb

1news Redaksiyası15:32 - 16 / 07 / 2017
Gürcüstan uşaq ansamblını daşıyan avtobus Türkiyədə qəzaya düşüb

Gürcüstandan Bolqarıstana gedən avtobus Türkiyə ərazisində qəzaya düşüb.

1news.az-ın “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, avtobusda Gürcüstanın uşaq rəqs ansamblının üzləri olub.

Avtobus Giresun əyalətində təkərinin partlaması nəticəsində yoldan çıxaraq dirəyə çırpılıb.

Qəzada xəsarət alan 38 nəfərin əksəriyyəti uşaqdır.

Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.  

1news.az

Paylaş:
1323

Son xəbərlər

Bütün xəbərlər