Bakıda liftdə qalan 8 nəfər xilas edilib

Bu gün gecə saatlarında Bakıda liftdə qalan şəxslər xilas ediliblər.
1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xətai rayonunda 8 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.
Bundan başqa paytaxtın Binəqədi və Xətai rayonlarında liftdə qalan daha iki nəfər xilasedicilər tərəfindən xilas ediliblər.
Babək Cahandarov
1031