İyulun 19-na olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İyulun 19-na olan hava proqnozu açıqlanıb

13:44 - 18 / 07 / 2017
İyulun 19-na olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 19-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 34-39, Bakıda gecə  23-25, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 19-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 19-dan 23-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir durğun hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Uzun müddət günəş altında olmaq məsləhət deyil.

Babək Cahandarov

Paylaş:
1150

Son xəbərlər

Bütün xəbərlər