Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüşünü təşkil edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüşünü təşkil edir - FOTO

15:47 - 18 / 07 / 2017
Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüşünü təşkil edir - FOTO

Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək.

1news.az-ın verdiyi xəbərə görə, bununla əlaqədar olaraq AAF klassik avtomobil sahiblərini tədbirdə iştiraka dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər. İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır. 

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək.

Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

S.Xankişiyeva

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər