Əbülfəs Qarayev: Regionlarda istirahət edən turistlərin sayı günbəgün artır | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev: Regionlarda istirahət edən turistlərin sayı günbəgün artır

16:28 - 18 / 07 / 2017
Əbülfəs Qarayev: Regionlarda istirahət edən turistlərin sayı günbəgün artır

Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır.

1news.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu Şəmkir şəhərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nazirliyin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.

Ə.Qarayev bildirib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir:

“Regional idarələrin təşkili mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. İlin ilk 6 ayını təhlil edərkən deyə bilərik ki, həyata keçirilən islahatlar da öz uğurlu nəticələrini verməkdədir. Nəticələr onu göstərir ki, qəbul edilən qərarlar olduqca dəqiqdir. Bu da onu deməyə əsas verir ki, biz qarşıya qoyulan məqsədlərimizə vaxtında nail olacağıq”.

Nazir qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində regionlarda mədəniyyət və turizmin inkişafı istiqamətində işlər daha da sürətlənib. Bu islahatlar həm də büdcə vəsaitlərindən daha səmərəli istifadə etməyə imkan yaradıb.

Ə.Qarayev əlavə edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində atılan addımlar davam etdirilir:

“İndi ölkəmizə gələn xarici turistlərin də sayı artmaqdadır. Paytaxt Bakı ilə yanaşı, regionlarda da istirahət edən turistlərin sayı günbəgün artır. Ona görə də bölgələrdə həm yerli, həm də xarici turistlərin asudə vaxtlarının təşkili işinə diqqət artırılmalıdır. Xidmət səviyyəsinin yüksəldilməsi üçün təşkil olunan treninqlərin, kursların sayı da çoxaldılmalıdır. İnsanların turizm obyektlərində rahat və mənalı istirahətinin təşkili işinə xüsusi diqqət yetirilməlidir. Regional mədəniyyət və turizm idarələri bu işlərdə yaxından iştirak etməli, turizm məkanlarında, açıq havada təşkil olunan konsertlərin, sərgilərin sayı daha da artırılmalıdır”.

O vurğulayıb ki, bütün regional mədəniyyət və turizm idarələrinin nəzdində turizm informasiya mərkəzləri yaradılmalı və Bakı Turizm İnformasiya Mərkəzi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

S.Xankişiyeva

Paylaş:
489

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər