Yeni tədris standartlarına uyğun dərs vəsaitlərinin hazırlanması məsələsi müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni tədris standartlarına uyğun dərs vəsaitlərinin hazırlanması məsələsi müzakirə olunub

20:19 - 18 / 07 / 2017
Yeni tədris standartlarına uyğun dərs vəsaitlərinin hazırlanması məsələsi müzakirə olunub

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yeni tədris proqramları (kurikulum) əsasında hazırlanması planlaşdırılan Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənlərindən vəsaitlərin təklif olunan müəllif qrupları ilə görüşüb.

DİM-dən 1news.az-a bildiriblər ki, görüşdə M.Abbaszadə artıq 9 ildir respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramlarının (kurikulumların) tətbiq olunduğunu və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edildiyini diqqətə çatdırıb. Sədr standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanmasının vacibliyini vurğulayıb.

Sonra yeni dərsliklərə uyğun müasir standartlara cavab verən dərs vəsaitlərinin hazırlanması, onların strukturu məsələsi geniş müzakirə edilib.

Görüş iştirakçılarına müxtəlif siniflərdə tədris olunan mövzular üzrə materialların şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılması üçün DİM tərəfindən hazırlanmış “video-dərs” nümunələri təqdim olunub.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının əhəmiyyəti və üstünlükləri müəlliflər tərəfindən də qeyd edilib.

Müəllif qrupları yeni dərs vəsaitlərinin hazırlanması ilə bağlı təkliflərini verib və qərara alınıb ki, hər bir fənn üzrə ekspertlərin ayrıca görüşləri keçirilsin və yeni tədris standartlarına (kurikuluma) uyğun dərs vəsaitlərinin hazırlanmasına başlanılsın.

1news.az

Paylaş:
638

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər