Biləsuvarda iki ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda iki ev yanıb

10:49 - 18 / 07 / 2017
Biləsuvarda iki ev yanıb

Biləsuvar rayonunda iki evdə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Bəydilli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin lambirdən ibarət dam örtüyü 15 m2 sahədə, ümumi sahəsi 600 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 450 m2 sahədə, çardağına yığılmış 30 ton ot bağlamasının 20 tonu və yaxınlıqdakı digər vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin lambirdən ibarət tavanı 5 m2 sahədə yanıb.

Hər iki evin, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər