Diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərin dərs yükü az olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərin dərs yükü az olacaq

11:53 - 18 / 07 / 2017
Diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərin dərs yükü az olacaq

Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib.

Elanda bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq. Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, dərs yükünün paylanmasında qiymətləndirmənin nəticələri nəzərə alınır:

"Bu yeni məlumat deyil, həmişə belə olub. Müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".

S.Xankişiyeva

Paylaş:
2129

Son xəbərlər

Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01
Bütün xəbərlər