Bakıda qısqanclıq zəminində qətl törədilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qısqanclıq zəminində qətl törədilib

11:56 - 18 / 07 / 2017
Bakıda qısqanclıq zəminində qətl törədilib

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisində törədilmiş qətlin üstü “isti izlər” lə açılıb.

1news.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına görə, iyulun 16-da saat 11 radələrində paytaxtın Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlunun aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Suraxanı rayon sakini, 1995-ci il təvəllüdlü Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qısqanclıq zəminində törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Babək Cahandarov

Paylaş:
728

Son xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 23:42COP29-un ilk günündən FOTOREPORTAJ11 / 11 / 2024, 23:23Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub11 / 11 / 2024, 20:33Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib11 / 11 / 2024, 18:58Prezident Serbiyanın dövlət başçısı ilə görüşüb11 / 11 / 2024, 18:08Prezident slovakiyalı həmkarı ilə görüşüb11 / 11 / 2024, 17:48İlham Əliyev Belarus Prezidenti ilə görüşüb11 / 11 / 2024, 17:41Murat Kurum: “Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük heyətlə qatılıb”11 / 11 / 2024, 17:28Prezident Belçikanın Baş naziri ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 17:14Dövlət Başçısı Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 17:01İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb11 / 11 / 2024, 16:46Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədir11 / 11 / 2024, 16:39Konqo Prezidenti Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 16:25İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 16:19İranın vitse-prezidenti Azərbaycanda səfərdədir11 / 11 / 2024, 16:17İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb11 / 11 / 2024, 16:10Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 15:58Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib11 / 11 / 2024, 15:32Bu gün Xalq artisti İslam Rzayevin anadan olmasından 90 il ötür11 / 11 / 2024, 15:05Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 14:46
Bütün xəbərlər