Türkiyə hökumətinin tərkibi dəyişib
Türkiyənin Baş naziri Binəli Yıldırım yeni hökumətin tərkibini açıqlayıb.
1news.az-ın TRThaber-ə istinadla verdiyi xəbərə görə, Bəkir Bozdağ, Mehmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşolu Baş nazir müavinləri olub. Baş nazirin müavinləri Nurəddin Canikli müdafiə, Numan Kurtulmuş mədəniyyət və turizm naziri təyin ediliblər.
O, qeyd edib ki, Ədliyyə naziri Abdulhamit Gül, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Avropa Birliyi naziri Ömər Çelik, elm və sənaye naziri Faruk Özlü, çalışma və sosial təminat naziri Julidə Sarıəroğlu, ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gənclik və idman naziri Osman Aşkın Bak, qida, kənd təsərrüfatı naziri Əhməd Əşrəf Fakibaba, gömrük və ticarət naziri Bülənt Tüfənkçi, daxili işlər naziri Süleyman Soylu, inkişaf naziri Lütfi Əlvan, maliyyə naziri Naci Ağbal, təhsil naziri İsmət Yılmaz, Meşə və su işləri naziri Veysəl Əroğlu, səhiyyə naziri Əhməd Əmircan, rabitə və nəqliyyat naziri Ahmet Arslan olub.
Mövlud Çavuşoğlu Türkiyənin XİN başçısı vəzifəsində qalıb.
S.Xankişiyeva