Sabah Bakıda 39 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Bakıda 39 dərəcə isti olacaq

12:28 - 19 / 07 / 2017
Sabah Bakıda 39 dərəcə isti olacaq

İyulun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz  34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  45-55% olacaq.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,

Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°,

Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti,  dağlarda gecə 15-20° isti, gündüz  28-33° isti olacağı gözlənilir.

S.Xankişiyeva

Paylaş:
822

Son xəbərlər

Bütün xəbərlər