Bakıda yaşayış binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub

19:25 - 20 / 07 / 2017
Bakıda yaşayış binasında yanğın olub

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Beşmərtəbəli yaşayış binasının girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və giriş-çıxış kabeli 2 p.m. yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bütün xəbərlər