Bakıda ağaclar tikinti şirkəti tərəfindən kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağaclar tikinti şirkəti tərəfindən kəsilib

17:52 - 21 / 07 / 2017
Bakıda ağaclar tikinti şirkəti tərəfindən kəsilib

İyulun 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala  Əliyev  22 ünvanında  yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub.

1news.az xəbər verir ki, Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb. 

Əraziyə keçirilən baxış zamanı məlum  olub ki,  08.07.2017 tarixli 251 nömrəli sərəncam ilə Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya ayrılıb və sözügedən şirkət tərəfindən yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlanılıb.

Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və  təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkar edilib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub.

Babək Cahandarov

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər