İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

14:00 - 22 / 07 / 2017
İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və  Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

Bu barədə 1news.az-a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər