Şabranda maşın aşıb, 6 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda maşın aşıb, 6 nəfər xəsarət alıb

19:45 - 22 / 07 / 2017
Şabranda maşın aşıb, 6 nəfər xəsarət alıb

Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. 

1news.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 1-ci km-də baş verib.

"Mercedes" markalı maşınının aşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz, Şabran Mərkəzi Rayon xəstəxanalarına və Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan  3-ü azyaşlıdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

1news.az 

 

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər