Kür çayında bir nəfər batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kür çayında bir nəfər batıb

19:45 - 23 / 07 / 2017
Kür çayında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

1news.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılıb.

 Əlavə məlumat veriləcək.

1news.az

 

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər