Bərdədə kişi arvadını öldürdükdən sonra intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə kişi arvadını öldürdükdən sonra intihar edib

14:47 - 24 / 07 / 2017
Bərdədə kişi arvadını öldürdükdən sonra intihar edib

Bərdə rayonunda dəhşətli hadisə baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 24-də gecə saat 3:00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb.

Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər