Pakistanda partlayış: 24 ölü, 32 yaralı | 1news.az | Xəbərlər
Dünya

Pakistanda partlayış: 24 ölü, 32 yaralı

17:24 - 24 / 07 / 2017
Pakistanda partlayış: 24 ölü, 32 yaralı

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu polis idarəsindən bildiriblər.

Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.

Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib.

Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var.

S.Xankişiyeva

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər