Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

19:47 - 24 / 07 / 2017
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatlar əldə etmək üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciətlər daxil olur.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, nazirlik bununla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədilə DİN-in rəsmi veb-saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

Cari ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

1news.az

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər