"Taliban" Kabuldakı partlayışın məsuliyyətini öz üzərinə götürüb
“Taliban” qruplaşması Əfqanıstanın paytaxtı kabulda azı 24 nəfərin ölümünə səbəb olmuş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
1news.az xəbər verir ki, bu barədə Pajvak agentliyi məlumat yayıb.
Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra hakimiyyəti başçısının müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.
Pərvanə Sultanova
771