II və III qruplar üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

II və III qruplar üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı məlum olub

14:12 - 25 / 07 / 2017
II və III qruplar üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı məlum olub

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin II və III ixtisas qruplarına Azərbaycan və rus bölmələri, habelə hər iki bölmənin birgə müsabiqəsi üzrə qəbul planı və dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı məlum olub.

1news.az  APA-ya istinadla xəbər verir ki, bu il II ixtisas qrupu üzrə 12 924 qəbul planı ayrılıb, onlardan 9549-u Azərbaycan, 1375-i rus, 2000-i isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2086-sı dövlət sifarişi əsasında ayrılmış yerlərin payına düşür. II ixtisas qrupu üzrə iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Bu il III ixtisas qrupu üzrə 9769 qəbul planı ayrılıb, onlardan 7702-si Azərbaycan, 1060-ı rus, 1007-si isə birgə bölmələrin müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planından 2265-i dövlət sifarişi əsasında ayrılmış yerlərin payına düşür. III ixtisas qrupu üzrə filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

Dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəbləri ilə bərabər özəl ali məktəblər də iştirak edir. Hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

Bütün ixtisas qrupları üzrə müsabiqə iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız həmin müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.

Bu il II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər, III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

1news.az

 

 

Paylaş:
880

Son xəbərlər

Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33İlham Əliyev: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açırBu gün, 12:31Sahibə Qafarova yenidən parlamentin sədri olduBu gün, 12:23Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 12:14Dəniz kənarının yeni incisi: PAŞA Real Estate yeni “Crescent Residences” layihəsini təqdim edibBu gün, 12:06“Biznesin müflisləşməsi” İşçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilibBu gün, 12:02Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:03
Bütün xəbərlər