Həyətində çətənə kolu yetişdirən Şəmkir sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində çətənə kolu yetişdirən Şəmkir sakini tutulub

23:31 - 25 / 07 / 2017
Həyətində çətənə kolu yetişdirən Şəmkir sakini tutulub

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Könüllü kənd sakini Laçın Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 42 ədəd çətənə kolu  aşkar edilərək götürülüb. 

1news.az

Paylaş:
1153

Son xəbərlər

Bütün xəbərlər