Gənc qadına qarşı zorakılıq:döyüldü, saçı qırxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc qadına qarşı zorakılıq:döyüldü, saçı qırxıldı

10:26 - 25 / 07 / 2017
Gənc qadına qarşı zorakılıq:döyüldü, saçı qırxıldı

Samux rayon sakini müxtəlif xəsarətlər və dərman zəhərlənməsi diaqnozu ilə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasına yerləşdirilib.

1news.az APA-ya istinadla xəbər verir ki , Samuxun Ziyadlı kənd sakini, 1988-ci il təvəllüdlü Pənahova İlahə Famil qızının müxtəlif bədən xəsarətləri aldığı, saçlarının qırxıldığı və dərmandan zəhərləndiyi bildirilir.

Onun ata-anası, qayınanası və həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı, sonradan dərmanla özünü zəhərlədiyi bildirilir.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

1news.az

Paylaş:
667

Son xəbərlər

Bütün xəbərlər