Baş Prokurorluq azyaşlı uşaqların ölümü ilə bağlı valideynlərə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq azyaşlı uşaqların ölümü ilə bağlı valideynlərə müraciət etdi

11:50 - 25 / 07 / 2017
Baş Prokurorluq azyaşlı uşaqların ölümü ilə bağlı valideynlərə müraciət etdi

Baş Prokurorluq bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı uşaqların vəfat etməsi ilə bağlı müraciət yayıb.

1news.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq vəfat etməsi hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.

Belə ki, iyulun 22-də, saat 15 radələrində  paytaxtın Binəqədi rayonunda, 2016-cı il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı anasının nəzarətsizliyi səbəbindən yaşadığı çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib və iyulun 24-də orada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.

Mövzu ilə əlaqədar:

Pəncərədən düşən uşaq öldü

Babək Cahandarov

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər