İntihara cəhdin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihara cəhdin qarşısı alınıb

15:15 - 26 / 07 / 2017
İntihara cəhdin qarşısı alınıb

Paytaxtda intihara cəhdin qarşısı alınıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin yaşadığı ikimərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilin pəncərəsinə intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

1news.az

 

 

 

Paylaş:
859

Son xəbərlər

Bütün xəbərlər