AŞPA həmməruzəçiləri Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana səfər edəcəklər.
1news.az xəbər verir ki, bu barədə S.Şennak öz “Twitter” səhifəsində yazıb.
O qeyd edib: “Həmməruzəçilər qarşıdakı bir ay ərzində Azərbaycana səfər edəcəklər. Səfər zamanı son günlərdə məlumat aldığımız bütün məsələlərlə maraqlanacağıq”.
Pərvanə Sultanova
965