Göygöl sakininin evindən yarım kiloqrama yaxın marixuana götürülüb

Göygöl sakini polis əməkdaşları tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Göygöl RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaykənd kəndində yaşayan Rəsul Nəcəfovun evinə baxış zamanı oradan 487 qram marixuana aşkar edilərək götürülüb.
Babək Cahandarov
862