Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul edəcək

23:00 - 26 / 07 / 2017
Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqust ayının 1-də saat 11ºº-da Şəki şəhərində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174 ) Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

1news.az

Paylaş:
892

Son xəbərlər

Bütün xəbərlər