“Euronews” telekanalı Şəki halvası barədə süjet yayımlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Euronews” telekanalı Şəki halvası barədə süjet yayımlayıb

11:20 - 26 / 07 / 2017
“Euronews” telekanalı Şəki halvası barədə süjet yayımlayıb

“Euronews” telekanalının “Postcards” proqramı Şəki halvası barədə süjet yayımlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, süjetdə Şəki halvasının hazırlanmasından, özünəməxsus dadından söhbət açılır. Verilişin aparıcısı Avrora Velez bildirir ki, əsl halvanı yalnız Azərbaycanda dadmaq mümkündür və hər regionun öz resepti var. Ən dadlı halva Şəkidə hazırlanır. Ağzının dadını bilən adam Şəki halvasına biganə qalmaz.

Aparıcının sözlərinə görə, Şəkidə halvanın resepti açıqlanmır. Bu resepti yalnız 200 ildir nəsillikcə halva hazırlayanlar bilir və el arasında onlara “halvaçı” deyilir.

Süjetdə halvaçı Toğrul Vəliəhmədli bu şirniyyatın bəzi sirlərini bölüşür. Avrora Velezin fikrincə, halvanın hazırlanma sirrini öyrənmək və onu hazırlamaq üçün cəhd göstərmək əbəsdir. Sadəcə Şəkiyə gəlib halvanın dadına baxmaq lazımdır.

Babək Cahandarov

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər